Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Əli Bayramlı şəhərində noyabrın 1-nə keçən gecə intihar hadisəsi baş verib. Trend in bölgə müxbirinin məlumatına görə, Qarabağ Müharibəsi veteranı, 1968-ci il təvəllüdlü Azər Bəybala oğlu Səfərov yaşadığı evdə özünü asıb. Əli Bayramlı şəhər Polis İdarəsindən bildiriblər ki, ilkin versiyaya görə, intihar hadisəsi ailə-münaqişə zəmnində baş verib.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.