...

Azərbaycanın cənub rayonlarında qasırğa olub

Hadisə Materials 20 Fevral 2008 10:32 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 20 fevral / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın Yardımlı rayonunda fevralın 20-nə keçən gecədən başlayan qasırğa nəticəsində rayonun elektrik və rabitə təsərrüfatına ciddi ziyan vurub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Yardımlı rayon şöbəsinin rəisi Etibar Fərruxov çərşənbə günü Trend ə bildirib ki, güclü külək və qasırğa nəticəsində rayonda 75 elektrik dirəyi aşıb və 5 km uzunluğunda elektrik xətti sıradan çıxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva çərşənbə axşamı Trend ə bildirmişdi ki, ölkə ərazisində qasırğa ilə müşayiət olunacaq güclü külək fevralın 21-dək davam edəcək.

Fərruxov deyib ki, elektrik təsərrüfatına dəyən ziyan nəticəsində Yardımlıda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Onun sözlərinə görə, qasırğa rayonun 4 rabitə dirəyinı aşırdıb. Hazırda rayona dəyən ziyanın məbləği müəyyənləşdirilir.

Trend in bölgə müxbirinin məlumatına görə, qasırğa Lerik rayonunun da elektrik təsərrüfatına ciddi ziyan dəyib. Hazırda rayonun əksər kəndləri işıqsız qalıb.

Yardımlı paytaxt Bakıdan 250, Lerik isə 300 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti