...

Azərbaycan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində yanğının səbəbləri müəyyənləşdi

Hadisə Materials 15 Avqust 2008 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / Trend , müxbir S.Kazımlı/ Bakı-Quba yolundakı Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin ərazisində bu gün təxmninən saat 12:40 radələrində yanğın baş verib.

Sumqayıt şəhər Polis Şöbəsinin 2-ci polis bölməsindən cümə günü Trend -a verilən məlumata görə, yanğına səbəb hərbi hissənin ərazisindəki qamışlığa od düşməsi olub. Yangın zamanı qamışlıqda coxsaylı işlənmiş avtomobil təkərləri yanıb. Polis bölməsindən onu da əlavə ediblər ki, hadisə yerinə yanğınsöndürənlər yola düşüb. Hazırda yanğında azalma müşahidə edilir. Hadisə zamanı xəsarət alan olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti