...

Azərbaycanda elektrik cəryanı vurması nəticəsində 4 nəfər ölüb

Hadisə Materials 24 Noyabr 2008 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr / Trend müxbir S. Kazımlı / Azərbaycanın qərb rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə zamanı dörd nəfər ölüb, bir nəfər yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend - a məlumat verilib.

Məlumata görə, noyabrın 23 - də saat 19.00 radələrində Tovuz rayonunun (paytaxtdan 480 km aralı) Bozalqanlı kənd sakini Habil Abıyev həyətində quyu qazarkən istifadə etdiyi qaynaq aparatında qısa qapanma baş verib. Nəticədə, Abıyev və orada işləyən həmkəndliləri Etibar İbrahimov, Hikmət Ələkbərov, habelə hadisə yerinə çağırılan Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənlərindən Rasim Sadıqov, elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüblər. Xəsarət alan Oqtay Hüseynov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti