Türkiyənin Adana şəhərində özəl xəstəxanalardan birində yanğın baş verib. Bu haqda Türkiyənin NTV telekanalı məlumat verib. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. Yanğın nəticəsində ölən və yaralananlar yoxdur.