Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın cənub bölgəsində ölümlə nəticələnən yol qəzası baş verib. Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı-Astara magistralının 121-ci km-də Tehran-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasının vətəndaşı Oruc Xodesenin idarə etdiyi "SKANİYA" markalı avtobus Biləsuvar rayon sakini, 24 yaşlı Elçin Şahbazovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla toqquşub.
VAZ-2106 markalı avtomobilin sürücüsü Elnur Kazımov hadisə yerində həlak olub. Digər sərnişinlər isə xəstəxanaya aparılıblar. Avtobusda olan 11 sərnişin isə xəsarət almayıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "VAZ-2106" markalı avtomobilin sürət həddini aşması olub.
Faktla bağlı araşdırma aparılır.