...

Bir gündə 55 cinayət törədildi

Hadisə Materials 31 Mart 2011 10:55 (UTC +04:00)
Ötən gün respublikada daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınıb.
Bir gündə 55 cinayət törədildi

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir K.Zərbalıyeva/

Dünən respublikada daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeydə alınan cinayətlərdən 29-u isti izlərlə açılıb.

Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılıb.

Həyata keçirilən tədbirlər zamanı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 42 nəfər tutulub.

Ötən gün respublikanın avtomobil yollarında 2 yol nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər yaralanıb. Ölkədə 9 yanğın hadisəsi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti