...

Qubada avtobus minik avtomobili ilə toqquşub, 4 nəfər yaralanıb

Hadisə Materials 2 İyun 2011 10:15 (UTC +04:00)
Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə yaralıları deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Qubada avtobus minik avtomobili ilə toqquşub, 4 nəfər yaralanıb

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Qubada avtobus minik avtomobili ilə toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Quba şəhərində "VAZ" markalı minik avtomobili və mikroavtobusun toqquşması nəticəsində minik avtomobilindəki 4 sərnişin yaralanıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə yaralıları deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti