...

Türkiyə məhkəməsi Yaşar Böyükanıtın həbsinə qərar verib

Hadisə Materials 21 İyul 2011 15:23 (UTC +04:00)
Türkiyənin Van Ağır Cinayətlər Məhkəməsi Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Yaşar Böyükanıtın həbsinə qərar verib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Star" qəzeti məlumat verib.
Türkiyə məhkəməsi Yaşar Böyükanıtın həbsinə qərar verib

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Yaşar Böyükanıtın həbsinə qərar verilib.

Türkiyənin Van Ağır Cinayətlər Məhkəməsi Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Yaşar Böyükanıtın həbsinə qərar verib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Star" qəzeti məlumat verib.

Van Ağır Cinayətlər Məhkəməsi Hakkarinin Şemdinli vilayətində 2005-ci ildə bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən hadisənin araşdırılmasından sonra ordu generalının həbsinə qərar verib.

2005-ci ildə Hakkarinin Şemdinli vilayətində PKK terror təşkilatının polis binası qarşısında həyata keçirdikləri terror aktı zamanı 23 nəfər xəsarət alıb. Baş verən insidentdən sonra, polislə əhali arasında toqquşma baş verib. Hadisə zamanı 1 nəfər ölüb iki nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti