...

Gəncədə əvvəllər məhkum olunmuş şəxsdən 6 kiloqrama yaxın marixuana götürülüb

Hadisə Materials 12 Sentyabr 2011 13:30 (UTC +04:00)
Gəncədə əvvəllər məhkum olunmuş şəxs tərəfindən gizlədilən 6 kiloqrama yaxın marixuana aşkarlanıb.
Gəncədə əvvəllər məhkum olunmuş şəxsdən 6 kiloqrama yaxın marixuana götürülüb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gəncədə əvvəllər məhkum olunmuş şəxs tərəfindən gizlədilən 6 kiloqrama yaxın marixuana aşkarlanıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kamil Məmmədovdan 15,5 qram marixuana götürülüb.

Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Gəncə çayının sahilində gizlətdiyi 5 kiloqram 975 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti