...

Son iki gündə Azərbaycanda bir nəfər dəm qazından ölüb, altı nəfər isə zəhərlənib

Hadisə Materials 29 Noyabr 2011 13:38 (UTC +04:00)
Son iki gündə Azərbaycanda dəm qazından bir nəfər ölüb, altı nəfər isə zəhərlənib.
Son iki gündə Azərbaycanda bir nəfər dəm qazından ölüb, altı nəfər isə zəhərlənib

Azərbaycan, Bakı, 29 noyabr / Trend müxbir E.Mehdiyev/

Son iki gündə Azərbaycanda dəm qazından bir nəfər ölüb, altı nəfər isə zəhərlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, noyabrın 28-də Gəncə şəhərinin Sevinc qəsəbə sakini Elşad Qasımov evində dəm qazından zəhərlənərək ölüb.

Noyabrın 28-də Sumqayıt şəhəri "Yaşıldərə" bağlar sahəsindəki bağ evində yaşayanlar Lamiyə Hüseynova, onun bacısı Ayxan və qardaşı Turan, Sumqayıt şəhər sakini Çinarə İsayeva, Xırdalan şəhər sakini Rəna Rəcəbova, noyabrın 29-da Kürdəxanı qəsəbə sakini Xəyalə Baxşıyeva mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətiriliblər.

Xəbər lenti

Xəbər lenti