...

Bakıda bir neçə yol nəqliyyat hadisəsi qeydə alınıb, ölənlər var

Hadisə Materials 16 Dekabr 2011 10:59 (UTC +04:00)
Dünən Bakıda bir neçə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bakıda bir neçə yol nəqliyyat hadisəsi qeydə alınıb, ölənlər var

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Dünən Bakıda bir neçə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, dekabrın 15-i saat 16:00 radələrində Bakı-Mərdəkan şossesində Şamaxı rayon sakini Hörmət Əsgərov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə Bakı şəhər sakini Səbuhi Məcnunovu vurub, piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Daha bir yol qəzası dünən saat 15:00 radələrində Nemanzadə küçəsində baş verib. Nihad Cəfərov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə Astara rayon sakinləri Elnarə Əliyevanı və qızı Fatimə Nuriyevanı vurub. Xəsarət almış piyadalar Kliniki Tibbi Mərkəzə gətiriliblər. Əliyeva aldığı xəsarətlərdən ölüb.

Xəbər lenti

Xəbər lenti