Azərbaycan, Bakı, 3 may / Trend müxbir K.Zərbalıyeva/
Balakən rayon Yol Polisi Şöbəsinin rəisi xidməti otağında özünü öldürüb.
Rayon prokuroru Vəli Əhmədov Trend-ə bildirib ki, Balakən rayon Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Asif Qasımov mayın 2-dən 3-ə keçən gecə, saat 02:00 radələrində xidməti otağında xidməti silahı ilə özünü vuraraq intihar edib.
Əhmədov bildirib ki, intiharın səbəbləri hələlik məlum deyil.
İntiharın səbəblərini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.