...

Bakı-Şamaxı yolunda baş verən ağır yol qəzasının qurbanlarının şəxsiyyəti məlum oldu (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 İyul 2012 10:02 (UTC +04:00)
Bakı-Şamaxı yolunda ağır yol qəzası olub, 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Bakı-Şamaxı yolunda baş verən ağır yol qəzasının qurbanlarının şəxsiyyəti məlum oldu (ƏLAVƏ OLUNUB)

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı əlavə olunub. İlk xəbər saat 09:17-dı yayılıb.

Azərbaycan, Bakı, 5 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakı-Şamaxı yolunda ağır yol qəzası olub, 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində Qobustan rayonu ərazisində "Mercedes" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı avtomobilin sürücüsü və "VAZ-21015" markalı avtomobildə şəxsiyyətləri məlum olmayan 5 nəfər sərnişindən 1-i yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi, təcili tibbi yardım tərəfindən aidiyyəti üzrə aparılıb, qalan 4 nəfər aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər.

"VAZ-21015" markalı avtomobilin sürücüsünün sıxılmış vəziyyətdə qalmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən cıxarılaraq aidiyyəti üzrə təhfil verilib.

Hadisə ilə müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Cavad Məmmədovun idarə etdiyi "VAZ 21015" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Nicat Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Nəticədə sürücü Məmmədov, sərnişinləri - Cahid Xəlilov və adları hələlik istintaqa məlum olmayan iki kişi sərnişin hadisə yerində həlak olub.

"Mercedes"in sürücüsü və digər avtomobilin sərnişini Cəlil Məmmədov isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti