...

İmişlidə qısqanc ər arvadını, Göygöldə isə qısqanc oğul anasını bıçaqlayıb

Hadisə Materials 21 Sentyabr 2012 13:19 (UTC +04:00)
İmişlidə qısqanc ər arvadını, Göygöldə isə qısqanc oğul anasını bıçaqlayıb.
İmişlidə qısqanc ər arvadını, Göygöldə isə qısqanc oğul anasını bıçaqlayıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

İmişlidə qısqanc ər arvadını, Göygöldə isə qısqanc oğul anasını bıçaqlayıb.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 21-də İmişli şəhərindəki yeni tikilmiş evlərdən birində, orada yaşayan Elnur Əliyev qısqanclıq zəminində bıçaqla əvvəlcə arvadı Vəfaya, sonradan isə onunla birgə tutduğu şəhər sakini Cavad Rəfiyevə xəsarət yetirib.

Vəfa aldığı xəsarətdən hadisə yerində ölüb, Cavada isə xəstəxanada tibbi yardım göstərildikdən sonra İmişli RPŞ-yə gətirilib. Əliyev könüllü olaraq RPŞ-yə gəlib.

Sentyabrın 20-də saat 12:30 radələrində Göygöl rayonunda yaşayan Elvin Kərimov qısqanclıq zəminində bıçaqla əvvəlcə anası Elmiraya yüngül xəsarət yetirib, sonradan isə rayonunun Yeni Qızılca kəndinə gedərək anasının tanışı kənd sakini Şirin Bayramovu qətlə yetirib.

Kərimov Göygöl RPŞ əməkdaşları tərəfindən tutulub.

Xəbər lenti

Xəbər lenti