Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Tağıyeva/
66 yaşlı İran vətəndaşı Cavad Bisxetab bu gün İranın İstanbuldakı konsulluğuna güc yolu ilə daxil olmağa cəhd edib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.
Bisxetabın diplomatik missiyanın binasına daxil olmaq cəhdləri nəticəsiz qalıb. Bununla belə binanın giriş qapısı sındırılıb, hadisə yerinə gələn polis isə qəzəbli iranlını həbs edib.
Bisxetab polis məntəqəsində deyib ki, bu yolla İran hakimiyyətinə etirazını bildirmək istəyib.