Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir A.Tağıyeva/
Suriya Hərbi Hava Qüvvələri (HHQ) bu gün səhər saatlarında yenidən Türkiyə ilə sərhəd əraziləri atəşə tutub.
Trend-in "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, xüsusən Türkiyənin Şanlıurfa əyaləti ilə sərhəddə yerləşən Rasulayn şəhəri atəşə məruz qalıb.
Azad Suriya Ordusunun nəzarətində olan Rasulayn şəhəri Türkiyənin Ceylanpınar ərazisindən 1 kilometr aralıda yerləşir. Atəşdən sonra şəhərdə irimiqyaslı yanğın baş verib.