...

Gürcüstanda deputatın evi atəşə tutulub

Hadisə Materials 3 Yanvar 2013 12:14 (UTC +04:00)
Yeni il gecəsində Gürcüstan parlamentinin deputatı, cüdo üzrə olimpiya çempionu Zurab Zviadaurinin evi avtomat silahdan atəşə tutulub.
Gürcüstanda deputatın evi atəşə tutulub

Gürcüstan, Tbilisi, 3 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Yeni il gecəsində Gürcüstan parlamentinin deputatı, cüdo üzrə olimpiya çempionu Zurab Zviadaurinin evi avtomat silahdan atəşə tutulub.

Trend-in məlumatına görə, Zviadauri jurnalistlərə bildirib ki, hadisə yanvarın 1-də saat 01:00-01:30 radələri arasında baş verib. Onun yataq otağının pəncələrinə atəş açılıb. Binaya 13 güllə dəyib. Xəsarət alan yoxdur.

Deputatın sözlərinə görə, mövcud fakt üzrə axtarışda olan Georgi Kistauri saxlanılıb. O, seçkilərədək Ukraynada gizlənib. Seçkilər ərəfəsində onu Gürcüstana daxili işlər nazirinin sabiq müavini Georgi Lordkipanidze gətirib.

Zviadauri qeyd edib ki, bu hadisəyədək qardaşı və Georgi Kistauri arasında münaqişə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti