Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir A.Tağıyeva /
Bu gün səhər Egey dənizinin Türkiyəyə aid hissəsində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı CNN Turk telekanalı xəbər yayıb.
Türkiyə seysmik cəhətdən aktiv zonada yerləşdiyi üçün burada tez-tez insan tələfatına səbəb olan zəlzələlər baş verir.