Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir A.Tağıyeva /
Türkiyə təhlükəsizlik qüvvələrinin İstanbul, İzmir və Ankara şəhərlərində keçirdiyi xüsusi əməliyyatlar nəticəsində 27 nəfər saxlanılıb. Bu barədə Trend cümə günü "Hürriyət" qəzetinə istinadən məlumat verir.
Saxlanılanlar Kürd Fəhlə Partiyasının (PKK) terrorçularına yardımda şübhəli bilinirlər.
Xəbərdə deyilir ki, İstanbulda saxlananlar arasında on vəkil var. Onlar PKK üzvləri ilə əməkdaşlıqda şübhəli bilinirlər.
PKK terrorçuları dinc əhaliyə və təhlükəsizlik qüvvələrinə qarşı sistemli şəkildə hücumlar təşkil edirlər.