Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İ.İzzət/
İki yaşlı Quba sakini su hovuzunun qurbanı olub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 25-də Xızı rayonunun Əngilan kəndi ərazisindəki fermada, orada yaşayan Quba rayon sakini 2 yaşlı Ömər ehtiyatsızlıqdan su hovuzuna düşərək boğulub.