Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/
Qeyri-rəsmi nikahda olduğu qadına bıçaqla xəsarət yetirən Xırdalan sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 28-də Xırdalan şəhər sakini Seymur Bayramov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ülviyyə İsmayılovaya bıçaqla xəsarət yetirib.
Abşeron Rayin Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bayramov tutulub.