...

DİN: Məktəbə bomba qoyulması haqda yalan məlumat vermiş məlumat şəxs saxlanılıb

Hadisə Materials 13 Fevral 2013 11:54 (UTC +04:00)
"102" Zəng Mərkəzinə zəng edərək yalan məlumat vermiş Qazax rayon sakini H.Bayramov saxlanılıb.
DİN: Məktəbə bomba qoyulması haqda yalan məlumat vermiş məlumat şəxs saxlanılıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

"102" Zəng Mərkəzinə zəng edərək yalan məlumat vermiş Qazax rayon sakini H.Bayramov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 12-də saat 16.13-də Qazax rayon sakini Röyal Yolçuyev adlı şəxs "102" Zəng Mərkəzinə zəng edərək, rayondakı 1 №-li Orta Məktəbə bomba qoyulması barədə məlumat verib.

Məlumat Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb, təsdiqini tapmayıb.

Araşdırma zamanı zəngin rayon sakini Həsrət Bayramov tərəfindən edilməsi müəyyən edilib və o, saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti