...

Azərbaycan sərhədçiləri tərəfindən tutulan üç balıqçı İrana təhvil verilib

Hadisə Materials 27 Fevral 2013 10:33 (UTC +04:00)
Azərbaycan sərhədçiləri tərəfindən tutulan üç iranlı balıqçı ötən gün azadlığa buraxılıblar.
Azərbaycan sərhədçiləri tərəfindən tutulan üç balıqçı İrana təhvil verilib

Azərbaycan, Bakı, 27 fevral /Trend müxbir T.Cəfərov/

Ötən ay Azərbaycan sərhədçiləri tərəfindən tutulan üç iranlı balıqçı ötən gün azadlığa buraxılıb.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi deyib.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, balıqçılar fevralın 26-da Astara sərhəd-keçid məntəqəsində İran tərəfinə təhvil veriliblər.

Ayətullahi qeyd edib ki, dənizdə hava tufanlı olduğuna görə, ötən ay 3 iranlı balıqçı su sərhədini səhvən qanunsuz olaraq keçdikləri üçün Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti