...

Yol qəzasında avtomobil yanıb

Hadisə Materials 9 Mart 2013 19:54 (UTC +04:00)
Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində avtomobil yanıb.
Yol qəzasında avtomobil yanıb

Azərbaycan, Bakı, 9 mart /Trend/

Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində avtomobillərdən biri yanıb, yaralananlar var.

Şahidlərin sözlərinə görə, toqquşma nəticəsində maşınlardan biri aşıb.

Hadisə yerinə iki yanğınsöndürən maşın gəlib. Təcili tibbi yardım maşınları isə tıxaca görə, hadisə yerinə gələ bilmir.

Polislər hazırda tıxacı aradan qaldırmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti