Azərbaycan, Bakı, 11 mart / Trend,müxbir A.Tağıyeva /
Türkiyənin Hakkari vilayətində təhlükəsizlik qüvvələri tərəfindən terror aktının qarşısı alınıb.Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Yeni Şafak" qəzeti xəbər yayıb.
Hakkari vilayətinin Şəmdinli rayonunda keçirilən xüsusi əməliyyat nəticəsində 50 kq həcmində partlayıcı maddə və 48 ədəd partlayıcı aşkarlanıb.
Partlayıcı maddələrin terrorçu Kürd Fəhlə Partiyasına məxsus olduğu ehtimal edilir.