...

Bakıda minik avtomobili avtobusla toqquşub, ölən var

Hadisə Materials 27 Mart 2013 09:56 (UTC +04:00)
Yasamal rayonunda “VAZ-2107” “Daewoo” avtobusu ilə toqquşub, minik avtomobilinin sürücüsü ölüb.
Bakıda minik avtomobili avtobusla toqquşub, ölən var

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

Yasamal rayonunda "VAZ-2107" "Daewoo" avtobusu ilə toqquşub, minik avtomobilinin sürücüsü ölüb.

Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Yasamal rayonu Şərifzadə küçəsi 212 saylı evin qarşısında 1984-cü il təvəllüdlü Aslanov Nicat Köçəri oğlu idarə etdiyi "VAZ-2107" markalı "90-XP-336" dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 1957-ci il təvəllüdlü Ağayev Əzizağa Əminağa oğlunun idarə etdiyi 5 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı "10-TG-748" dövlət qeydiyyat nişanlı avtobusu arxadan vurub.

Nəticədə "VAZ-2107" markalı avtomobilin sürücüsü Aslanov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti