...

Füzulidə yol qəzası nəticəsində ölən və çoxlu yaralananlar var

Hadisə Materials 3 Aprel 2013 15:02 (UTC +04:00)
Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar var.
Füzulidə yol qəzası nəticəsində ölən və çoxlu yaralananlar var

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 2-də saat 20.00 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Tovuz rayon sakini Zahir Cəfərov idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı beton divara vurub.

Nəticədə xəsarət almış Cəfərov və sərnişinləri - Tovuz rayon sakinləri Mədət Əliyev, Gülarə Məmmədova, Laçın rayon sakinləri Sovet Xudaverdiyev, onun arvadı Xoşbəxt, oğlanları İslam və Orxan xəstəxanaya yerləşdiriliblər. Göstərilən yardıma baxmayaraq, Mədət Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti