...

Bostonda baş vermiş parltayışlarda xəsarət alanlar arasında azərbaycanlılar yoxdur (VİDEO)

Hadisə Materials 16 Aprel 2013 09:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.Mehdiyev/

Bostonda baş vermiş parltayışlar nəticəsində azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

"Bostonda baş veren hadisələr zamani azərbaycanlıların xəsarət alması ilə baglı səfirliyə heç bir məlumat daxil olmayib. Həmçinin Massaçusets ştatının müxtəlif şəhərlərində, o cumlədən Bostonda yaşayan Azərbaycan icmasının üzvləri ilə mutəmadi təmasdayıq və bu zamana olan son məlumata əsasən deyə bilərik ki, zərərçəkənlər arasında azərbaycanlılar yoxdur.

Qeyd edək ki, Bostonda baş vermiş partlayışlar nəticəsində üç nəfər həlak olub, 144 nəfər isə yaralanıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti