...

Bakıda betondaşıyan maşın aşdı, sürücü maşından çıxa bilmədi

Hadisə Materials 23 Aprel 2013 11:16 (UTC +04:00)
Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı betondaşıyan maşın aşıb.
Bakıda betondaşıyan maşın aşdı, sürücü maşından çıxa bilmədi

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı betondaşıyan maşın aşıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri də görüblər. Əməliyyat saat 10:02-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti