...

Bakıda “KamAZ”ın “yol terroru” : Bir avtomobili aşırdı, dördünü əzdi (VİDEO)

Hadisə Materials 16 May 2013 11:07 (UTC +04:00)
Paytaxtda yük avtomobili yolda zəncirvari qəza törədib.
Bakıda “KamAZ”ın “yol terroru” : Bir avtomobili aşırdı, dördünü əzdi (VİDEO)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İzzət/

Paytaxtda yük avtomobili yolda zəncirvari qəza törədib.

Trend-n məlumatına görə, Bakının hərəkətin intensiv olduğu əsas yollarının birində "KamAZ" markalı yük avtomobili sürət həddini aşaraq qarşısında hərəkətdə olan taksi avtomobilini arxadan vurub. Taksi də öz növbəsində soldan hərəkət edən "Toyota-Prado" avtomobili ilə toqquşaraq aşıb.

Yoluna davam edən "KamAZ" daha sonra qarşısında hərəkətdə olan sərnişin avtobusu və "Lexus" markalı avtomobili arxadan vurub. Bundan əlavə, yolun kənarında dayanmış minik avtomobilinə də çırpılıb. Qəza nəticəsində ümumilikdə 5 avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində yolda hərəkət dayanıb. Bu zaman vətəndaşlar aşan taksidə olanlara yardım etmək üçün köməyə qaçıblar.

Trend oxucularına həmin qəzanın video görüntülərini tədqim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti