Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/
Xəzər rayonu Türkan qəsəbəsində bıçaqla qətl törədilib.
Xəzər Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 22-si saat 20:30 radələrində Xəzər rayonu Türkan qəsəbəsi Yeni Yaşayış sahəsində Elşən Sadıqov şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən Qeyrət Ağabalayevə bıçaqla xəsarət yetirib.
Nəticədə Ağabalayev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 121.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) madddəsi ilə cinayət işi başlanılıb.