Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İzzət/
Bakıda hərəkətin intensiv olduğu yolayrıclarının birində növbəti dəfə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakıda günorta saatlarında iki avtomobil toqquşub. Yolla sürətlə hərəkət edən "Hyundai" markalı minik avtomobili yolayrıcında soldan gələn "VAZ" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü, "Hyundai"nin isə sərnişini yüngül xəsarət alıblar. Bundan əlavə, ani dəyən zərbədən "VAZ"ın kapotu yerindən qoparaq yolun ortasına düşüb.
Trend həmin qəzanın videogörüntüsünü təqdim edir.
Qeyd edək ki, Trend bundan əvvəl də paytaxtın məhz bu yerində bir neçə dəfə avtomobil qəzasının baş verdiyinə dair videogörüntülər təqdim etmişdi.
Video Player