...

Ağcabədi sakini doğma əmisi oğlunu öldürüb

Hadisə Materials 9 Sentyabr 2013 09:50 (UTC +04:00)
Ağcabədi rayon sakini doğma əmisi oğlunu bıçalayaq öldürüb.
Ağcabədi sakini doğma əmisi oğlunu öldürüb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İzzət/

Ağcabədi rayon sakini doğma əmisi oğlunu bıçaqlayaq öldürüb.

Trend-in məlumatına görə, sentyabrın 8-də gecə saat 00:30 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi sakini 1982-ci təvəllüdlü Yasin Məmmədov qonşuluqda yaşayan əmisi oğlu 1987-ci təvəllüdlü Bəhruz Məmmədova yaşadığı evdə bir neçə bıçaq zərbəsi endirib.

Xəsarət alan Bəhruz Məmmədovu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər və o, xəstəxanada ölüb.

Ağcabədi Rayon Prokurorluğundan Trend-ə faktı təsdiqləyiblər və bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, qətlin hansı səbəbdən törədildiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti