...

Şəmkirdə avtomobil aşaraq yanıb: 1 ölü, 3 yaralı

Hadisə Materials 14 Oktyabr 2013 18:36 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəmkir rayonu, Yeni Yol kəndində 1966-cı il təvəllüdlü Talıbov Bəhmən Məhərrəm oğluna məxsus "Mercedes" markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğın baş verib.
Şəmkirdə avtomobil aşaraq yanıb: 1 ölü, 3 yaralı

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Şəmkirdə avtomobil aşaraq yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəmkir rayonu, Yeni Yol kəndində 1966-cı il təvəllüdlü Talıbov Bəhmən Məhərrəm oğluna məxsus "Mercedes" markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğın baş verib.

Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Hadisə zamanı avtomobilin sürücüsü B.Talıbov ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, avtomobildə olan 3 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi əhali tərəfindən avtomobildən çıxarılıb və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti