...

Dörd erməni hərbçisi minaya düşüb, onlardan biri ölüb

Hadisə Materials 17 Oktyabr 2013 12:06 (UTC +04:00)
Dörd erməni hərbçisi hərbi tapşırığı yerinə yetirərkən hərbi hissənin nəzarətində olan sahədə minaya düşüb.
Dörd erməni hərbçisi minaya düşüb, onlardan biri ölüb

Dörd erməni hərbçisi hərbi tapşırığı yerinə yetirərkən hərbi hissənin nəzarətində olan sahədə minaya düşüb. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

İnsident 16 oktyabr tarixində saat 20:30 radələrində baş verib. Nəticədə mühəndis-istehkamçı bölüyünün komandiri, kapitan Qevork Qaqikoviç Mnatsakanyan (1988-ci il təvəllüdlü, 2005-ci ildən xidmət edib) ölüb. Baş leytenant Qaruş Verikoviç Ambartsumyan (vəziyyəti orta ağır), sıravi, həqiqi hərbi qulluqçu Narek Araratoviç Akopyan (vəziyyəti kafi), sıravi, müqavilə üzrı xidmət gpstərən hərbi qulluqçu Edqar Vardanoviç Arutunyan müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti