...

Məhkumdan mobil telefon götürülüb

Hadisə Materials 25 Noyabr 2013 09:37 (UTC +04:00)
Penitensiar xidmətin və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyalar aşkar olunub.
Məhkumdan mobil telefon götürülüb

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Penitensiar xidmətin və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyalar aşkar olunub.

Trend Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, 24.11.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1966-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hikmət Əvəz oğlu Sultanovun yataq yerinə və üzərinə baxış keçirilərkən asılqandan asılmış idman gödəkçəsinin sağ qolunda gizlədilmiş daxilində "Sim" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti