...

Bakının mərkəzində qaldırıcı kran aşıb (FOTO)

Hadisə Materials 27 Noyabr 2013 12:36 (UTC +04:00)
Trend xəbər verir ki, Bakıda Hüseyn Cavid prospekti, 23 ünvanında yerləşən binanın fasadında aparılan təmir işləri zamanı qaldırıcı kran aşıb.
Bakının mərkəzində qaldırıcı kran aşıb (FOTO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İzzət/

Bakının mərkəzində aparılan tikinti zamanı qaldırıcı kran aşıb.

Trend xəbər verir ki, Bakıda Hüseyn Cavid prospekti, 23 ünvanında yerləşən binanın fasadında aparılan təmir işləri zamanı qaldırıcı kran aşıb.

"MAN" markalı kran maşını "Space" teleradio şirkətinin qarşı tərəfində, "Bank Standart"ın filialının qarşısındakı səkiyə aşıb.

Hadisə texniki nasazlıq üzündən baş verib. Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti