...

Sumqayıtlı sürücü avtomobilini yolayrıcına çırparaq ölüb

Hadisə Materials 27 Noyabr 2013 13:04 (UTC +04:00)
Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıtlı sürücü avtomobilini yolayrıcına çırparaq ölüb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İzzət/

Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsində qəsəbə sakini Cəsarət Mehdiyev "Mercedes" markalı avtomobili idarə edərkən onu yolayrıcına vurub.

Qəza noyabrın 27-də gecə saat 02:00 radələrində baş verib.

Nəticədə sürücü Cəsarət Mehdiyev hadisə yerində ölüb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti