...

Bakıda şirkətin külli miqdarda dondurma pulunu mənimsəmiş işçinin əməlləri ifşa edilib

Hadisə Materials 5 Fevral 2014 16:45 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən "Camal LTD"-nin satış meneceri Cavidan Nurəhmədovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş material araşdırılıb.
Bakıda şirkətin külli miqdarda dondurma pulunu mənimsəmiş işçinin əməlləri ifşa edilib

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Şirkətin külli miqdarda vəsaitini mənimsəmiş əməkdaşının qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən "Camal LTD"-nin satış meneceri Cavidan Nurəhmədovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş material araşdırılıb.

Araşdırma zamanı C.Nurəhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəmiyyətə məxsus dondurma məhsullarının satışından qəbul etdiyi 25,9 min manat məbləğində vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində və bununla da Cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti