...

Bakıda gəmi-bərədə baş vermiş tüstülənmənin səbəblərinin ilkin ehtimalları açıqlandı

Hadisə Materials 8 Fevral 2014 11:04 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnformasiya və mətbuat şöbəsindən Trend-ə verilən məlumata görə, fevralın 7-də saat 21 radələrində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” gəmi təmiri zavoduna təmirə gəlmiş gəmi-bərənin yaşayış zonasında tüstülənmə baş verib. Açıq alov müşahidə edilməyib.
Bakıda gəmi-bərədə baş vermiş tüstülənmənin səbəblərinin ilkin ehtimalları açıqlandı

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İnformasiya və mətbuat şöbəsindən Trend-ə verilən məlumata görə, fevralın 7-də saat 21 radələrində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Zığ" gəmi təmiri zavoduna təmirə gəlmiş gəmi-bərənin yaşayış zonasında tüstülənmə baş verib. Açıq alov müşahidə edilməyib.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri operativ hadisə yerinə gələrək bütün zəruri tədbirləri həyata keçirib, tüstülənmənin yanğına keçməsinin qarşısını alıblar.

İlkin versiyaya görə, hadisəyə gəminin elektrik şəbəkəsində qısa qapanma səbəb olub. Müəyyənləşdirilib ki, sahəsi 12 kv.metr olan 2 kayuta və sahəsi 40 kv.metr olan dəhlizə ziyan dəyib. Gəmi heyəti arasında zərərçəkən yoxdur.

Məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələrində gəmidə güclü yanğın olması və insanların evakuasiyası barədə yayılan məlumatlar həqiqətə uyğun deyildir. Tüstülənmənin qarşısının alınmasında gəmi heyəti və zavod işçiləri də FHN əməkdaşlarına yaxından kömək ediblər.

Hadisənin araşdırılması üçün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də xüsusi komissiya yaradılıb. Gəmi təmirə gəldiyi üçün dəyən ziyanın həcmi yüksək qiymətləndirilmir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi məlumatına görə, Bakı şəhəri, Xətai rayonunda təmirə dayanmış bərə gəmisinin yaşayış sahəsində hər birinin sahəsi 12 kv. m olan iki ədəd kayuta və sahəsi 40 kv. m olan dəhlizin plastik və şüşə pambıq üzlüyü, elektrik kabelləri yanıb. Gəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti