Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir E.Mehdiyev/
Martın 10-na keçən gecə Səbail rayonu Azadlıq prospekti ev 27-nin qarşısında yol qəzası baş verib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ağdam rayon sakini Canpolad Otarudun idarə etdiyi "VAZ-21074" markalı və Elnur Məmmədovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub.
C.Otarudun sərnişini, Bərdə rayon sakini Nəbi Əzizov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.
Səbail RPİ tərəfindən araşdırma aparılır.