Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir T.Cəfərov/
İranın Xuzestan əyalətinin Təlaiyə bölgəsində avtobus aşıb, 11 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi məlumat verir.
Məlumata əsasən, sərnişin avtobusunun aşması nəticəsində 19 nəfər yaralanıb. Yaralananlar İranın Kirman şəhəri, Əhvaz və Susəngerd şəhər xəstəxanalarına yerləşdiriliblər.