Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/
Bakıda satıcı işlədiyi mağazadan 5 min manata yaxın qiyməti olan qələm və qələm qabını oğurlayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Aydın Beyişov polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, Ş.Qurbanov küçəsində yerləşən özünə məxsus dəftərxana ləvazimatları mağazasından orada satıcı işləyən Bakı şəhər sakini Nicat Mikayılov 1 ədəd dəyəri 4609 manat olan qələm və qələm qabını oğurlayıb.
Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən N.Mikayılov tutulub.