...

Bakıda daş karxanasında kriminal hadisə: 1 ölü, 1 yaralı

Hadisə Materials 26 May 2014 13:35 (UTC +04:00)
Bakıda bir nəfəri qətlə yetirib, digərini yaralayan şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Bakıda daş karxanasında kriminal hadisə: 1 ölü, 1 yaralı

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İzzət/

Bakıda bir nəfəri qətlə yetirib, digərini yaralayan şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, mayın 25-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında Nurəddin adlı şəxs münaqişə zəminində orada işləyənlər, Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş F.Məmmədov mayın 26-da orada ölüb, Q.Həsənovun vəziyyəti orta-ağırdır.

Hazırda Qaradağ Rayon Polis İdarəsi tərəfindən qatilin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti