Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/
Bakıda oğurluq etmiş bir qrup yetkinlik yaşına çatmayanlar saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-nə keçən gecə Çingiz Mustafayev küçəsində Bakı şəhər sakini Tahir İbrahimova məxsus mağazadan qapını sındırmaq yolu ilə 450 manat oğurlamış yetkinlik yaşına çatmayanlar - Şirvan şəhər sakini S.B., Ağsu rayon sakini Ə.B., Bakı şəhər sakini Q.Y. və Ağdaş rayon sakini Ş.X. saxlanılıblar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların mayın 27-nə keçən gecə D.Əliyeva küçəsində Bakı şəhər sakini Kamal Kərimova məxsus gözəllik salonundan qapını sındırmaq yolu ilə 750 manat, 100 dollar və məişət əşyaları oğurlamaları da müəyyən edilib.