Azərbaycan, Bakı, 26 iyun /Trend/
Lənkəran sakinini qətlə yetirib hadisə yerindən qaçan şəxs tutulub.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də Lənkəran şəhərinin Göyşaban kəndi ərazisində şəhər sakini Elnur Kişiyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçmış Bəhruz Mikayılov tutulub.
Bundan başqa, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də Qaraxan Həsənova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini Səməd Əliyev tutulub.