...

“Moskva-Bakı” sərnişin qatarının rəisinin xidməti otağında qaçaq mal aşkar edilib

Hadisə Materials 7 İyul 2014 13:21 (UTC +04:00)
Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda qaçaqmalçılığın qarşısı alınıb.
“Moskva-Bakı” sərnişin qatarının rəisinin xidməti otağında qaçaq mal aşkar edilib

Azərbaycan, Bakı, 7 iyul / Trend, müxbir İlkin İzzət /

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda qaçaqmalçılığın qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan 96 saylı "Moskva-Bakı" sərnişin qatarının 10-cu vaqonuna gömrük baxışı keçirilib.

Baxış zamanı qatar rəisi vəzifəsində çalışan Rusiya Federasiyası vətəndaşı Javoronkov İqor Yevgenyeviç tərəfindən radio-qovşağı quraşdırılmış qatar rəisinin xidməti otağında olan masanın arxa hissəsində xüsusi olaraq düzəldilmiş örtüyün arxasında, şitin içərisində gömrük nəzarətindən gizlədilmiş 980 qutu "ParlıamentSilverBlue", 250 qutu "True", 80 qutu "Parliament" , 20 qutu "MarlboroSeventy-Twos" markalı siqaretlər və 11 ədəd 0,5 litrlik "İvuşkaLuks" araqları aşkar olunub.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti