...

Ötən gün Azərbaycanda 3 nəfər yıxılaraq ölüb

Hadisə Materials 11 İyul 2014 15:15 (UTC +04:00)
Ötən gün Azərbaycanda 3 nəfər yıxılaraq ölüb. Onlardan biri azyaşlı uşaqdır.
Ötən gün Azərbaycanda 3 nəfər yıxılaraq ölüb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlkin İzzət/

Ötən gün Azərbaycanda 3 nəfər yıxılaraq ölüb. Onlardan biri azyaşlı uşaqdır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 10-da Füzuli rayonu Araz Dilağarda kəndinin ərazisində kənd sakini Elçin Məmmədov Qocəhmədli kənd sakini Ramil Məmmədovun idarə etdiyi "Belarus" markalı traktorun qoşqusundan yıxılıb və aldığı xəsarətdən xəstəxanada ölüb.

İyulun 10-da Sabirabad rayon sakini, ruhi xəstə Eston Ağabalayev yaşadığı evin 3-cü mərtəbəsindən yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Elə həmin gün Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində azyaşlı Zamiq Kərimov ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılaraq ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti