...

Bakıda bıçaqlanan iki qardaşdan biri ölüb

Hadisə Materials 12 İyul 2014 11:55 (UTC +04:00)
Bakıda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb.
Bakıda bıçaqlanan iki qardaşdan biri ölüb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 12-də Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Fərid Həsənov boyun nahiyyəsindən (odlu silahla yetirilmiş xəsarətə xarakterik), qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar isə qarın nahiyyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

F.Həsənov aldığı xəsarətlər nəticədə, xəstəxanada ölüb. Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayəti törədən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samur Həsənov tutulub.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti